- Baxış sayı: 35
- 22 İyun 2026 11:16
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0
Almaniya 3-cü Bundesliqasında çempion olaraq üst dəstəyə yüksələn “Duysburq” yeni mövsümə hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, Toğrul Əratın komandası növbəti yoxlama matçında”Karlsrue” ilə üz-üzə gəlib.
Oyun “zebrlər”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yarımmüdafiəçisi bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.