“Traktor” dünyada 1-ci oldu

Ötən həftə futbol stadionlarında ən çox azarkeşin qeydə alınan oyunlar müəyyənləşib.

Allsport.az xəbər verir ki, siyahının ilk pilləsində İran çempionatının 9-cu turunun “Traktor” – İstiqlal” görüşü (2:4) yer alıb. Həmin qarşılaşmaya stadiondan 100 min azarkeş baxıb. “Borussiya” (Dortmund) – “Volfsburq” (80 min 200) ikinci , “Real Madrid” – “Real Betis” (70 min 375) oyunu üçüncü olub.

“Flamenqo” – “Korintians” (64 min 985) 4-cü , “Arsenal” – “Vulverhempton” (60 min 383)  matçı isə 5-ci sırada qərarlaşıb.

“Traktor” – İstiqlal” qarşılaşmasında təbrizli azarkeşlər “Səhənd” stadionunda Azərbaycanla bağlı şüarlar səsləndirib.

Həmin kateqoriyadan