“Traktor”un prezidenti istefa verdi

İran çempionatında mübarizə aparan “Traktor” klubunun prezidenti Qulam Rıza Sadiqian istefa verib.

Allsport.az xəbər verir ki, Sadiqian bəzi futboldankənar insanların “Traktor”un uğurlarını istəmədiklərini bildirib. O, həmin şəxslərin Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstərdiklərini vurğulayıb.

3 gün öncə komandanın baş məşqçisi Mustafa Dənizli istefa vermişdi.

Cənubi Azərbaycan klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb. 

Həmin kateqoriyadan