“Turan Tovuz” 2 futbolçu transfer edib

Allsport.az xəbər verir ki, “Turan Tovuz” braziliyalı futbolçu Bruno Qonçalvesi və nigeriyalı Otto Conu transfer edib.

27 yaşlı Bruno ilə 1+1 illik rəsmi müqavilə bağlanıb. Son olaraq Portuqaliya təmsilçisi “Leişoeş”də forma geyinən müdafiəçi daha öncə “Aruka” (Portuqaliya), “Villa Nova” və “Bahia” klublarının da şərəfini qoruyub.

25 yaşlı hücumçu Otto ilə isə 2 illik rəsmi müqavilə bağlanıb.

Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan Con karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça”(Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.

Həmin kateqoriyadan