”Turan Tovuz” yeni keçidini açıqladı

”Turan Tovuz” yeni keçidini açıqladı

“Turan Tovuz” portuqaliyalı futbolçu Xorxe Silvanı transfer edib. 

Allsport.az xəbər verir ki, son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində “Sportinq” “B”, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub. Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, konfrans liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan