- Baxış sayı: 33
- 05 Avqust 2026 18:33
- Baxış sayı: 124
- Avqust 05, 2026
- 0

“Biz idman klubuyuq, bizim ideologiya ilə işimiz ola bilməz. Bizim çox sevimli dostumuzun bir fikri vardı: Tovuzda, Amerika futbol klubu qurulsa və adı “Turan” olsa, azarkeşlər ora gələcəklər”. Bunu “Turan Tovuz” futbol klubunun idarə heyətinin sədri Ehtiram Quliyev dünən “Peak Eye” şirkəti ilə tərəfdaşlıq anlaşması izlədikdən sonra keçirilən ayaqüstü müsahibədə Allsport.az saytının əməkdaşının sualına cavabında dedi.
O bildirdi ki, onların əsas diqqəti idmanadır: “Bizim bölgənin belə bir xüsusiyyəti var: biz idmanıq, istəyirik kəndlərimiz gəlsin, azarkeşlərimiz gəlsin, xoşbəxt olsunlar. Əylənmək lazımdır. Ona görə də ideologiya sahəsində, sadəcə, ənənəmiz ondan ibarətdir ki, 35 il qabaq klub “Turan” adı ilə yaranıb. O adla da davam edir”.
Ehtiram bəy onu da qeyd etdi ki, yaxın gələcəkdə klubun adının yenidən sırf “Turan” olması ehtimalının çox azdır: “Biz bu ad dəyişmək məsələsini bir müddət təxirə salmışıq. Ehtiyat edirik. Keçmişdə olan nöqsan üzündən yenidən beynəlxalq cəzaya məruz qalmaq fikrimiz yoxdur”.