Türk dövlətləri kuboku keçirilib

Fevralın 18-də Türk dövlətlərinin xizək kurortları ittifaqının təşkilatçılığı və Türk dövlətləri təşkilatının dəstəyi ilə Özbəkistanın Əmirsoy dağ kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk Türk dövlətləri kuboku keçirilib.

Allsport.az xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi idman sahəsində türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və insanlar arasında xizək idmanına marağı artırmaqdır.

Turnirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyalarında olan 50-ə yaxın xizəkçi iştirak edib. Yarışın nəticələrinə əsasən Azərbaycandan qatılan həvəskar xizəkçilər Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.

Yarışın nəticələri
18-25 yaş qadınlar arasında
I YER: Radionova Kseniya – Qazaxıstan
II YER: Pisarkova Marqarita – Özbəkistan

18-25 yaş kişilər arasında
I YER: Kuşmatov Məhəmmədəli – Özbəkistan
II YER: Rzayev Səidazim – Özbəkistan
III YER: Yunusov … – Özbəkistan

26-45 yaş qadınlar arasında
I YER: Nataliya Lapşina – Qazaxıstan
II YER: Sotenskaya Yekaterina – Özbəkistan
III YER: Kseniya Trebisovskaya – Özbəkistan

26-45 yaş kişilər arasında
I YER: Balametov Ceyhun – Azərbaycan
II YER: Dementiyev Artyom – Qazaxıstan
III YER: Valimotov Famil – Azərbaycan

46+ yaş qadınlar arasında
I YER: Anastasiya Sotenskaya – Özbəkistan
II YER: Kamatqaliyeva Fəridə – Özbəkistan
III YER: Matikova Yelena – Özbəkistan

46+ yaş kişilər arasında
I YER: Barkovskiy Aleksandır – Özbəkistan
II YER: Larin Vladimer – Özbəkistan
III YER: Dmitriy Leykov – Özbəkistan

Turnirin sonunda qaliblər kubok və medallarla təltif olunublar.

Həmin kateqoriyadan