UEFA-nın yeni prezidenti Aleksander Çeferin olub

UEFA-nın yeni prezidenti bəlli olub. Allsport.az saytı xəbər verir ki, bu gün Yunanıstan paytaxtı Afinada keçirilən konqresdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib.

O, 55 mümkün səsdən 45-ni toplayıb. Sloveniyalı UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gəlib.

Aleksander Çeferin qurumun tarixinə 7-ci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib.

Seçkidə Azərbaycandan AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər. Bizimkilər səsvermədə qalibə səs verəcəyini öncədən açıqlamışdı.

Həmin kateqoriyadan