FOTO
Uğur Pamuk XL-dən ayrılıb, “Sumqayıt”la müqavilə imzaladı

Dünən Budaq Nəsirovla müqavilə imzalayan “Sumqayıt” Futbol Klubu daha bir futbolçu ilə güclənib. Allsport.az klub saytına istinadən xəbər verir ki, “Xəzər Lənkəran”dan ayrılan yarımmüdafiəçi Uğur Pamuk bu komandanın heyətinə qoşulub. 25 yaşlı futbolçu köhnə-yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

“Sumqayıt” mənim doğma klubumdur. Mən yenidən evimə qayıtdım. “Sumqayıt”da uğur qazanıb yenidən milli komandaya yüksəlmək istəyirəm. Bir müddətdirki yaşıl meydanlardan uzağam. İnşallah tez bir zamanda formamı bərpa edib komandama kömək edərəm”, – deyə Uğur “Sumqayıt”ın saytına açıqlama verib.

Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə “Sumqayıt” FK-da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 203/2014 mövsümünün ikinci yarısında yenidən komandamıza qoşulan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.

Həmin kateqoriyadan