- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Turan Tovuz” premyer liqanın V turunda səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.
Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Berdiyev bunu deyib:
“İki fərqli hissə izlədik. Birinci hissədə bir qədər ləng oynadıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirə bildik. Yarımmüdafiə və hücum xəttində yorulan oyunçuları dəyişdirdik. Müdafiə xəttində zədə olacağını güman etmirdim. Əvəzetmə limiti dolduğuna görə zədəli müdafiəçimizi əvəz edə bilmədik. Ümumilikdə 2 xal itirdik”.