“Uşaq futbolunun inkişafına və azarkeşlərin stadionlara cəlb olunmasına çalışmalıyıq”

Bu gün AFFA prezidenti Rövşən Nəcəfin mətbuat konfransı keçirilib. O, artıq “Neftçi” klubunun müşahidə şurasının sədri vəzifəsindən ayrıldığını bildirib. Azərbaycan futbolunun inkişafı üçün vaxt lazım olduğunu və bundan başqa, sistematik işlər görülməsinin vacibliyini qeyd edib: 

“Əlimizdən gələni edəcəyik ki, daha yaxşı nəticələr qazanaq. Futbol yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndiriliməsi, akademiyalarda oyunçuların yetişdirilməsi, şəffaf hesabatın təmin olunması vacib məqamlardandır. Uşaq futbolunun inkişafına və azarkeşlərin stadionlara cəlb olunmasına çalışmalıyıq. Buna görə də strateji planlamamız olmalıdır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var.

İstənilən lahiyəni həyata keçirmək üçün maliyyə vəsiaitinə ehtiyac var. Burda dövlətdən maliyyə yardımı edilməsindən yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bünün üçün birgə fəaliyyət gösrtərəcəyik.

Futbol ictimaiyyətinin bütün nümayəndələrinin fikirlərindən bəhrələnəcəyik. Bunu proqram şəkilində düçünəcəyik. Bu, müxtəlif tədbirlər vasitəsi ilə həyata keçirilə bilər. Futbol ictimaiyyətinin bütün nümayəndələrinin çiyin-çiyənə çalışmasını dedikdə, bunu nəzərdə tuturam”.

Həmin kateqoriyadan