“Uşaqların hüquq və maraqlarının qorunması” mövzusunda məşğələ

“Sabah” futbol akademiyasının U-11 və U-12 komandasının futbolçularına “Uşaqların hüquq və maraqlarının qorunması” mövzusunda maarifləndirici seminarı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əlibaba Əliyev tərəfindən keçirilib.

Allsport.az saytı xəbər verir ki, təlimdə azyaşlılara uşaqların hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib, onlar üçün maraqlı olan suallar cavablandırılıb. Sonra uşaqların mözvu ilə bağlı məlumatlarının möhkəmləndirilməsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

Gələcəkdə bu cür maarifləndirici seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan