Varqas “Neftçi”yə geri dönəcək?

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə müsahibə verib.

Allsport.az saytı xəbər verir ki, mütəxəssis “ağ-qaralar” ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib:

“Freddi Varqas bilirsiniz ki, bizdə icarədə idi, amma icarədən sonra məxsus olduğu İsrail klubuna qayıtdı. Bəzi məsələlərlə bağlı suallar var, amma biz yenə də gözləyirik. Klub rəhbərliyimiz bu məsələ üzərində çalışır. Mümkündür ki, hər şey istədiyimiz kimi alınsın və Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha yaxşı güclənmiş olar. İndi bu barədə başqa bir şey deyə bilməyəcəyəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır”.

Həmin kateqoriyadan