Verstappendən rekord göstərici

“Red Bull”un üzvü Maks Verstappen Formula-1 tarixində 1000 gün boyunca sürücülər sıralamasında birinci yerdə olan ilk pilot olub.

Allsport.az xəbər verir ki, geri sayım niderlandlının İspaniya qran prisini (22 may 2022) qazandığı andan etibarən başlayıb.

Şəxsi sıralamada günlərin sayına görə ikinci yerdə keçmiş “Ferrari” sürücüsü Mixael Şumaxerdir (2000-2003-cü illər arasında 896 gün). O, həmçinin üçüncü yeri tutur (2003-2005-ci illərdə 630 gün).

Həmin kateqoriyadan