Virtual Futbol Çempionatının qalibi “Mançester Yunayted”in oyunçuları ilə görüşüb

“Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil edilən “Bakcell Virtual Futbol Çempionatı”nın qalibi Hacı Mirzəməmmədov ABŞ-da “Mançester Yunayted”-“Barselona” oyununu izləyib. Allsport.az xəbər verir ki, H.Mirzəməmmədov həmçinin “Mançester Yunayted”in Memfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi məşhur oyunçuları ilə görüşərək virtual futbol oynamaq imkanı da qazanıb.

O, “Bakcell”in təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyinə və qalib gəldiyinə görə çox sevindiyini deyib. Bildirib ki, yaradılan bütün imkanlara görə və ömür boyu xatırlanacaq ən gözəl anlar yaşatdığına görə “Bakcell”ə minnətdardır.

“Bakcell Virtual Futbol Çempionatı” bu ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib.

Həmin kateqoriyadan