- Baxış sayı: 36
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Latviya 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Smiltene” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar bu görüşün 90-cı dəqiqəsində penaltidən qol vurmaqla görüşdə son nöqtəni qoyub.
Qeyd edək ki, bu, Əsgərovun yayda keçdiyi “1625 Liepaya” klubunda qısa müddət ərzində 11-ci qoludur. Onun komandası isə 46 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.