“Xəzər Lənkəran” istirahətə çəkildi

Premyer liqada yarana fasilədə Bakıda hazırlaşan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Allsport.az saytı xəbər verir ki, dünən paytaxtda AzAL klubu ilə yoxlama oyunu keçirən komanda bu gün (və sabah günün birinci yarısında) istirahət edəcək.

Sabah saat 15:00-da “Emerald” otelində toplanacaq cənublular saat 15:30-da “Dalğa Arena” stadionunda məşqə çıxacaq. Hazırlıq prossesində zədəlilər və mili komandaların düşərgəsində olan futbolçular iştirak etməyəcəklər.

Qeyd edək ki, “təyyarəçilər”lə matçda “Xəzər Lənkəran”ı kapitan sarğısı ilə meydana çıxarıb və zədə alan Elnur Abdullayev zədəsi bir o qədər də ciddi deyil. O, qarşıdakı çempionat oyunlarında komandaya kömək edə biləcək.

Həmin kateqoriyadan