Yeni mövsümün püşkü atılıb

Yeni mövsümün püşkü atılıb

Bu gün Azərbaycan Premyer liqasının 2026/2027-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, Azərbaycan futbol federasiyaları assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, elita klublarının nümayəndələri, jurnalistlər iştirak etdilər.

14 avqustda başlayacaq yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir:

I tur
“Turan Tovuz” – “Qəbələ”
“Şamaxı” – “Qarabağ”
“Kəpəz” – “Sabah”
“Sumqayıt” – “Neftçi”
“Araz-Naxçıvan” – “İmişli”
“Zirə” – “Şəfa”

Premyer liqanın ilk 4 turunda işıqlandırma sistemi  olmayan stadionu ev stadionu kimi sifariş etmiş klubların ev oyunlarında ev sahibi  statusu avtomatik olaraq dəyişdirilir və qarşılaşmalar rəqib komandanın meydanında  keçirilir. Buna müvafiq olaraq, ikinci dövrədə ev sahibi statusu əks qaydada tətbiq  olunur və püşkatmanın ilkin balansı bərpa edilir.

Həmin kateqoriyadan