- Baxış sayı: 23
- 22 İyul 2026 23:35
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

“Neftçi” peşəkar futbol klubu tamamilə yenilənmiş rəsmi veb-saytını istifadəyə verib.
Allsport.az xəbər verir ki, klubun rəqəmsal inkişaf strategiyası çərçivəsində hazırlanan yeni sayt müasir texnologiyalar əsasında sıfırdan qurulub.
Platformada dizayn, məlumat bazası, təhlükəsizlik sistemi və texniki quruluş tamamilə yenilənib.
Sayt klubun kimliyinə uyğun tərtib olunub. İstifadəçilər gecə və gündüz görünüşü arasında seçim edə bilirlər. Əsas səhifədə növbəti oyunun rəqibi, keçiriləcəyi məkan və matçın başlanmasına qalan vaxtı göstərən canlı gerisayım bölməsi yerləşdirilib.
Yenilənmiş turnir cədvəli bölməsində əsas komanda ilə yanaşı, “Neftçi-2”, U-10-dan U-19-a qədər bütün yaş qrupları və qızlardan ibarət komandaların nəticələri də əks olunur.
Xəbərlər bölməsi mövzular üzrə çeşidlənib, “Neftçi TV” isə klubun bütün video materiallarını bir məkanda təqdim edir. Klubun 1937-ci ildən bu günədək keçdiyi yol və qazandığı uğurlar interaktiv tarix bölməsində yer alıb.
Bilet satışı və rəsmi onlayn mağaza da sayta inteqrasiya edilib. Yeni platforma “Neftçi” mobil tətbiqi ilə birlikdə vahid rəqəmsal sistem yaradır.
Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.