- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Hazırlığını gündə 2 məşqlə davam etdirən “Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununu tarixi dəyişdirilib.
Allsport.az xəbər verir ki, klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.
Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək. Hər iki matç Bakı olimpiya stadionunun ehtiyat meydanında baş tutacaq.