Zaur Svanadze: Hər iki komanda aşağı tempdə oynadı

“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, “bankçılar”ın gürcü çalışdırıcısı 0:0 hesabı ilə bitən görüş barədə bunu deyib:

“Oyun hava necə idisə, elə alındı. Hər iki komanda aşağı tempdə oynadı. Komandam yalnız ikinci hissədə yaxşı təsir bağışlaya bildi. Rəqib müəyyən ərazi üstünlüyünə malik olsa da, qapımız qarşısında xüsusi təhlükəli vəziyyətlər yarada bilmədi.

Fikrimcə, hesab oyuna görə oldu. “Qəbələ” yaxşı komandadır. Onlara qarşıdakı Avroliqa matçlarında uğurlar arzulayıram”.

Həmin kateqoriyadan