“Zirə”nin hücumçusu: “Dani Kintananın bombardir olması mənim üçün gözlənilməz olmadı”

“Zirə”nin hücumçusu Nelson Bonilla “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintananın Premyer liqanın ən sərrast futboolçusu olnasına münasibət bildirib. Allsport.az saytının məlumatına görə, salvadorlu forvard həmkarının onu 1 top geridə qoymasına belə şərh verib:

“Danini bombardir olması münasibətilə təbrik edirəm. Ona karyerasında daha böyük uğurlar arzulayıram. Bu, mənim üçün gözlənilməz olmadı. “Qarabağ” bütün cəbhələrdə qələbə qazanır”.

Qeyd edək ki, ispaniyalı havbek 15 qolla ölkə çempionatının bombardirı olub.

Həmin kateqoriyadan