Əlihəsən Əmirli: Növbəti hədəfim yeniyetmələrin olimpiya oyunlarında qalib olmaqdır

Yunanıstanın paytaxtı Afinada yeniyetmələrin dünya birinciliyində qızıl medal qazanan sərbəst güləşçi Əlihəsən Əmirli (42 kq) növbəti hədəfini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, qalib idmançının arzusu yeniyetmələrin olimpiya oyunlarını qalib başa vurmaqdır:

“Ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqiblərimi mübarizədən kənarlaşdıraraq finala yüksəldim. Bütün rəqiblərimə tam üstünlüklə qalib gəldim. Finalda özbək idmançısını da məğlub edib çempion adını qazandım.

Şükürlər olsun ki, Vətənimizin bayrağını qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək olimpiya oyunlarında qalib olmaqdır”.

Həmin kateqoriyadan