Azərbaycan paralimpiyaçıları dünya kuboku yarışlarında daha iki medal qazanıblar

İngiltərənin Stokmondevil şəhərində paralimpiyaçılar arasında güllə atıcılığı üzrə dünya kuboku yarışlarında Azərbaycan idmançıları daha iki medal qazanıblar. Allsport.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin idmançısı Kamran Zeynalov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarının finalında 191,4 xal toplayaraq gümüş medala sahib olub.

Digər idmançımız Murad Əkbərov isə 25 metr məsafəyə atəşaçmada bürünc medalla kifayətlənib. Turnirin ilk günündə millimizin üzvü Elena Taranova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında ən yüksək nəticə göstərərək dünya kubokuna sahib olub.

Həmin kateqoriyadan