Atıcılarımız Hannoverdə daha bir medal qazanıblar.

Allsport.az xəbər verir ki, kişilərdən ibarət komanda yarışında iştirak edən millimiz (Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev) Hannoverdə keçirilən Beynəlxalq turnirdə pnevmatik tapançadan 10 metrəyə atışda (P1) gümüş medal qazanıb.

Eyni zamanda millimizin üzvü Rafiq Əliyev yüksək nəticə göstərərək dünya çempionatına lisenziyanı qazana bilib.

Turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.

Həmin kateqoriyadan