Para-stolüstü tennis yarışında qaliblər müəyyənləşib

İyunun 14-ü Bakı şəhərində para-stolüstü tennis idman növü üzrə Azərbaycan çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, açılış mərasimindən öncə dövlət himni səslənib. Daha sonra milli paralimpiya komitəsinin icraçı direktoru Eldar Babayev yarış iştirakçılarına uğurlar arzulayaraq çempionatı açıq elan edib.
Çempionatda respublikanın 8 regionundan 20-dən çox idmançı iştirak edib. İdmançılar individual və komanda yarışlarında mübarizə aparıblar.

Çempionatın nəticələrini sizlərə təqdim edirik:
Individual yarışlarda Sahib Babayev (Bərdə), Ziyafət Burziyev (Salyan), Ləman Abdulhəmidova (Bakı) çempionatın qızıl medalını qazanıblar.

Onlen Mehmet Sait (Sumqayıt), Camal Həsənov (Naxçıvan), Urfan Əsədov (Bakı) yarışın gümüş, Marusa Xanquliyeva (Bakı), Orxan Quliyev (Sabirabad), Fərid Zeynalov (Sabirabad), Murad Bağırov (Sabirabad) isə bürünc medala sahib çıxıblar.

Komanda yarışlarında Urfan Əsədli (Bakı) və Bəhruz Vəliyev (Qobustan) çempionatda 1-ci yerə sahib çıxıblar.

Ziyafət Burziyev (Salyan) və Camal Həsənov (Naxçıvan) 2-ci yer, Fərid Zeynalov (Sabirabad) və Murad Bağırov (Sabirabad), Gülnarə Məmmədova (Bakı) və Orxan Quliyev (Sabirabad) isə 3-cü yerə yiyələniblər.

Həmin kateqoriyadan