Dünya kubokunu 12 medalla başa vurdular

Para pauerliftinq idman növü üzrə milli komandası ilk dəfə keçirilən komanda növü yarışında gümüş medal əldə ediblər.

Allsport.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə keçirilən dünya kubokunda komandamızın üzvləri (Zəhra Dadaşova, Pərvin Məmmədov, Ceyhun Mahmudov) komanda yarışında 114.88 xal toplayaraq dünya kubokunun gümüş medalını qazanıblar.

Komandamızı yarışda yalnız Ukrayna millisi qabaqlaya bilib. Millimiz mötəbər yarışda Qazaxıstan, Tayland, Moldova komandalarını üstələyib.

Beləliklə, 8 idmançı ilə təmsil olunduğumuz dünya kubokunu para-pauerliftinqçilərimiz 7-si qızıl, 4-ü gümüş, 1-i bürünc olmaqla toplam 12 medal ilə başa vurublar.

Həmin kateqoriyadan