Talıb Zeynalovdan 2 qızıl mükafat

Gürcüstanın paytaxtı Tiflisdə parapauerliftinq üzrə dünya kuboku davam edir.

Bu idman növü üzrə milli komandanın üzvü Talıb Zeynalov 107 kq çəki dərəcəsi “gənc idmançılar” kateqoriyasında, 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb.

Allsport.az xəbər verir ki, bu nəticə ilə idmançımız ümumi çəkidə də daha 1 qızıl medalın sahibi olub.

Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.

Həmin kateqoriyadan