Təmsilçimizdən gümüş medal

Allsport.az xəbər verir ki, Azərbaycan respublikası Milli paralimpiya komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvü Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə pnevmatik tapançadan 10 metrəyə atışda (P2) gümüş medala sahib çıxıb.

Millimizin digər üzvü Yelena Taranova da yüksək nəticə göstərək finala vəsiqə qazanıb və yarışı 5-ci yerdə başa vurub.

Turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.

Həmin kateqoriyadan