Azərbaycan voleybolçuları reytinqdə Avropada 12-ci yerdədir

CEV milli komandaların əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sıralamada Azərbaycan voleybolçuları 210 xalla 12-ci yerdədir.

Son aylar maliyyə baxımdan yaxşı günlərini yaşamayan komandamız əvvəlki siyahı ilə müqayisədə 32 xal itirsə də, mövqeyi dəyişməz qalıb.

Cədvələ Rusiya başçılıq edir. Onlar 296 xala malikdilər və ən yaxın izləyiciləri Serbiyanı 14 xal qabaqlayırlar. Növbəti, 2 pillə irəliləyən Almaniya dapanır.

Həmin kateqoriyadan