“Azərreyl”dən erkən çempionluq

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti dəfə Azərbaycan çempionu olub. Allsport.az saytı xəbər verir ki, bu gün superliqanın növbəti turunda ilk olaraq meydançaya “Azərreyl” və “Lokomotiv” komandaları çıxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Lokomotiv”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq, hesabında 28 xal olan “Azərreyl” sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. “Lokomotiv”in isə hesabında 20 xal var.

Günün digər oyununda AVF komandası “Abşeron”a 3:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, “Abşeron” 7 xalla turnir cədvəlində üçüncü, AVF isə 5 xalla dördüncü pillədə yer alıb.

Həmin kateqoriyadan