Azad Rəhimov Bakı şəhərinin 15-ci Avropa olimpiya festivalına hazırlığından danışıb

İspaniyanın Marbella şəhərində Avropa olimpiya komitəsinin sayca 47-ci iclası öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizi tədbirdə gənclər və idman naziri Azad Rəhimov təmsil edir. O, toplantıda Bakı şəhərinin gələn ilin 20-28 iyulunda ev sahibliyi edəcəyi Avropa olimpiya gənclər festivalına hazırlıqlarını əks etdirən təqdimat ilə çıxış edib.

Dövlət rəsmisi 3600 idmançının qatılacağı yarışlar üçün İdmançılar kəndində 6 bina nəzərdə tutulduğunu bildirib. Ümumilikdə, 10 (atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis, voleybol) idman növündə mübarizə aparılacağını qeyd edən nazir, yarışların 12 idman arenasında keçiriləcəyini diqqətə çatdırdı. 

Azad Rəhimov yarışlara 50 Avropa ölkəsinin qatılcağını bildirərək,  48 ölkənin nümayəndə heyətinin rəhbərlərinin (Shef de Mission) bu gün üçün iştiraklarına təsdiq verdiklərini vurğulayıb.

İdman yarışlarının ayrılmaz qüvvəsi sayılan könüllülər haqqında da danışan nazir, 2500 nəfərin yarışlara cəlb olunacağını bildirib.

Qeyd edək ki, Bakı 2019-un rəsmi internət səhifəsi www.eyeofbaku2019.com dur. Yarışın hashtaql isə #4everyoungbaku dur. Yarışın açılış mərasimi 21 iyul 2019-cu il tarixdə Crystal Hall-da gerçəkləşəcək.

Təqdimat mərasimindən sonra sual-cavab bölümünə keçilib.

Həmin kateqoriyadan