Boksçumuz Paris-2024-ə vəsiqə qazanıb

Allsport.az saytı xəbər verir ki, Nicat Hüseynov (51 kq) bu uğura İtaliyanın Busto Arsizio şəhərində dünya olimpiya təsnifat turnirinin 1/4 finalında Rosko Hilə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək o, dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Allahverdivi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan (Ermənistan) üzərində inamlı qələbə qazanıb.

Beləliklə, boks yığmamızın Paris yay olimpiya oyunlarına qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Nicat Hüseynovdan öncə 3-cü Avropa oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) “dördilliy”ə iştirakını rəsmiləşdirmişdi.

Həmin kateqoriyadan