“Olimpiadada oynamaq əla olardı”

Rusiyalı tennisçi, dünyanın 15-ci raketkası Yekaterina Aleksandrova 2024-cü ildə Parisdə keçiriləcək olimpiya oyunlarında oynamaq istədiyini etiraf edib.

Allsport.az xəbər verir ki, bu barədə o, müsahibə verib:

“Əlbəttə, olimpiadada oynamaq əla olardı, çünki belə bir fürsət dörd ildən bir olur. Və bu, oynamağa öyrəşdiyimiz turnirlərlə müqayisədə tamam fərqli atmosfer və tamam başqa turnirdir. Ona görə də daxil olsam, əla olar. Olmasa, mən nə edə bilərəm? Diqqətimi başqa yarışlara yönəldəcəm”.

Həmin kateqoriyadan