Çeçenistandan 2 bürünc medalla qayıtdılar

Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramzan Qədirovun kuboku uğrunda sərbəst güləş üzrə VI beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, məşqçilər David Kurtsiya və Nazim Əlicanovun rəhbərliyi ilə yarışda iştirak edən 8 pəhləvandan 2-si fəxri kürsüdə yer alıb.

 

74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov və 125 kq-da təmsilçimiz Əli İsayev bürünc medala sahib olub. Komanda hesabında güləşçilərimiz Rusiyadan sonra ikinci sırada qərarlaşıb.

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.

Həmin kateqoriyadan