Çingiz Hüseynzadə: Bakı ilk Avropa oyunları bir nümunədir

Bu gün milli olimpiya komitəsində Minsk-2019-da iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlandı. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bunu dedi:

“Belarusa böyük, təqribən 150-nəfərlik heyətlə yollanırıq. 2-ci Avropa oyunlarında 10 növdə mübarizə aparacağıq. Bu səfər çarter olmayacaq. Təşkilatçılar elə şərtlər qoyublar ki, buna gərək qalmayıb. Bayraqdarın kimliyini hələ açıqlanmaq istmirəm. Bir neçə namizədimiz var. Kim olsa, ilk yarış günləri çıxış edəcək idman növlərinin birindən olacaq.

2-ci Avropa oyunları Tokio-2020-yə bir sınaqdır. 4 il öncə təşkilatçılıq Minskə veriləndə bilinirdi ki, bu, Bakı kimi olmayacaq. Bakı-2015 bir nümunədir. Bizdə olan təm-təraq orda olmayacaq. Amma rəqabətin güclülüyünə şübhəm yoxdur. Azərbaycan günü orda özəl ayrılmış pavilyonda keçiriləcək və mədəni proqram bizlə başlayacaq”.

Həmin kateqoriyadan