Fərid Qayıbov ötən ay uğurla çıxış edən idmançılar və onların məşqçiləri bir araya gəlib

Yanvarın 10-da gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə Milli gimnastika arenasında görüşüb.

Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Sonra “idman ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Daha sonra ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edilib və onlara yeni uğurlar arzulanıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub. Batut gimnastikası, cüdo, karate, karate VKF, karate kyokuşin, karate aşihara, karate koşıki, kudo, MMA, taekvondo, parataekvondo, paracüdo və stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Həmin kateqoriyadan