YENİLƏNİR
Dünya Kubokunda 3-cü mərhələ başlayır

Bu gün Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi start götürür. Allsport az saytı xəbər verir ki, planetin 46 ölkəsinin milli komandasının mübarizə aparacağı yarışda Azərbaycan 2 qoşaçarxçı – Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.
İdmançılarımız bu gün 2 növdə çıxış edəcəklər. Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında 32 nəfər arasında mükafat qazanmağa çalışacaq. Sergey Omelçenko isə 29 nəfərin çıxış edəcəyi keyrin növündə mübarizə aparacaq.
Dünya Kubokunun 3-cü mərhələsinə sabah yekun vurulacaq. Son yarış günü idmançılarımızdan yalnız Olqa İsmayılova çıxış edəcək – o keyrin növündə medallar uğrunda yarışacaq.

 

Həmin kateqoriyadan