EHF nümayəndəsi İskəndər Əsgərov «Astraxanoçka» – OFN matçında

Ölkəmizin yeganə EHF nümayəndəsi İskəndər Əsgərov növbəti təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, 13-14 noyabrda qadın həndbolçular arasında EHF kubokunun 3-cü mərhələsində keçiriləcək «Astraxanoçka» (Rusiya) – OFN İonias (Yunanıstan) oyunlarında hakmlərənə nəzarət edəcək.

Qarşılıqlı razılaşmaya əsasən, hər 2 matç Həştərxanda təşkil olunacaq. Görüşün referiləri Boqdan Kaludjeroviç və İvan Vujaciçdir. Onlar Tonteneqrodandırlar.

Həmin kateqoriyadan