- Baxış sayı: 41
- 25 Aprel 2024 23:30
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
3-9 iyunda İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AGF-in vitse-prezidenti Elçin Cəfərov bunu deyib:
“Sizin yaşıdlarınız gələn il Olimpiadada çıxış edəcək. Hesab edirəm ki, güləşçilərimiz heç kimdən geri qalmır. Uğur qazanmağın vaxtıdır. Gənclərin Avropa və dünya birinciliklərində nəticə göstərmək lazımdır.
20-21 yaşında olan idmançılar olimpiya çempionu olur. Məşqçilər və federasiya rəhbərliyi olaraq sizin üçün əlimizdən gələn hər şeyi edirik. Siz də bacardığınızdan artığını ortaya qoymalısınız. Hamınıza uğurlar”.