İslam həmrəyliyi oyunlarında hansı qadın güləşçilərimiz mübarizə aparacaq?

İslam oyunlarında çıxış edəcək qadın güləşçilərimizin də adlarına aydınlıq gəlib.

Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək mübarizədə baş məşqçi Semyon Çteryov, böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyevanın (75 kq) xidmətindən yararlanacaqlar.

Güləş yarışı 17-21 mayda təşkil olunacaq. Yarışların son günündə qadın güləşçiləri mübarizə aparacaq.

Həmin kateqoriyadan