Klub voleybolumuz məhvə doğru: Son 14 ildə ilk dəfə çempionlar liqasından imtina etdik

Növbəti mövsüm avrokuboklarda 2 komandamız çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, kişilərdə “Lokomotiv”, qadınların yarışında “Azərreyl” klubları mübarizə aparacaqlar.

AVF-in rəsmi facebook səhifəsinin yaydığı xəbərə görə, hər iki komandamız “Çağırış” kubokunda qüvvəsini sınayacaq. Beləliklə, 2002/2003 mövsümündən bu yana ilk dəfə olaraq çempionlar liqasında iştirak etməyəcəyik.

“Çağırış” kuboku CEV-in ən aşağı əmsallı klub turniri sayılır.

Həmin kateqoriyadan