- Baxış sayı: 34
- 25 Aprel 2024 21:42
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqasında növbəti görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 24-cü turda Liverkuzendə yerli «Bayer»lə görüşüb.
İnamlı təsir bağışlayan həndbolçumuzun komandası 4 top fərqi ilə sevinən tərəf olub – 28:24 (15:14). Bu matçda da qapısımız meydanda olub.
Qeyd edək ki, «Bietiqheym» yarışı maksimum nəticə – 48 xalla 1-ci sırada bitirməsini 3 tur öncə rəsmiləşdirmişdi. Çempionatın bitməsinə hələ 2 tur var.