Millinin Gümüş liqada heyəti açıqlanıb

Kişilərdən ibarər millimizin qatılacağı Gümüş avro liqada 8 komanda mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, qrup oyunları ev-səfər sistemində keçiriləcək. Qrup birinciləri finalda qaşılaşacaqlar. Bizimkilər Danimarka, Gürcüstan və Rumıniya ilə “B” qrupda yer alıblar. İlk görüş mayın 25-də Bakıda karpatlarla olacaq.

Millinin heyəti: Fərid Calalov (Baş məqçi), Dilqəm Qəhrəmanov (2-ci məşqçi), Cəlil Cəlilov (məşqçi), İlqar İmamquliyev (menecer), Vuqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Aqil Ağazadə, Vadim Kutukov, Elmin Alışanov, Emil Abdullayev, Parviz Səmədov, Asif Əliyev, Aleksey Çervyakov, Dmitri Obodnikov, Dmitri Baranov, Rəsul İbrahimov, Andrey Vasilenko və Kənan Allahverdiyev.

Həmin kateqoriyadan