Moskvada Tofiq Bəhramovun xatirəsinə futzal turniri

Sabah Moskvanın “Krılatskoye” İdman Sarayında Tofiq Bəhramovun xatirəsinə futzal üzrə 2-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az saytının məlumatına görə, bununla əlaqədar şəhər meriyasının mətbuat mərkəzində mətbuat konfransı təşkil edilib.

Bildirilib ki, Moskva şəhəri regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla iş departamenti və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) ölkəmizin səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdikləri yarışda 14 komanda iştirak edəcək.

Həmin kateqoriyadan