- Baxış sayı: 107
- 26 İyul 2026 19:18
- Baxış sayı: 71
- Avqust 10, 2026
- 0

“Araz-Naxçıvan” cari ildə ilk transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı futzalçı ilə anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.