Yüksək liqada VII tur: “Neftçi” idman klubu “Araz-Naxçıvan”a qalib gəldi

Allsport.az xəbər verir ki, tura mərkəzi oyunla start verilib. Lider ötən mövsümün gümüş medalçısı ilə üz-üzə gəlib. Katatau və Ülvi Əliyev qırmızı vərəqə cəzalısı olduğuna görə, müvafiq olaraq hər biri öz komandasına kömək edə bilmirdi.

Oyuna nominal meydan sahibləri fəal başlasa da, hissənin ortaları son çempion üçün arzuolunmaz keçdi. Namiq Məmmədkərimov 3 dəqiqə ərzində het-trik etməklə komandasına üstünlük qazandırdı. 17-ci dəqiqədə isə Amadeunun səhvi Eminin Məmmədkərimovu aşkar qol vurmaq imkanından məhrum etməyə məcbur etdi və nəticədə təcrübəli qolkiper qırmızı vərəqə aldı.

İkinci hissəyə “Araz-Naxçıvan” qolla başaldı. Amadeunun zərbəsi qarşısıalınmaz oldu. Müdafiəçi 2 dəqiqə sonra fərqi minimuma endirdi. İsa isə status-kvonu bərpa etdi. Oyunda bərabərlik növbəti dəfə 27-ci dəqiqədə pozuldu. Məmmədkərimov qol vurdu. Amma təcrübəli hücumçu sevincini rəqib texniki zonası qarşısında qeyd etməklə qarşı tərəfi mübahisəyə cəkdi və buna görə də ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli oldu. 36-cı dəqiqədə “Neftçi” idman klubu qapıçını da meydan oyunçusu ilə əvəzləyən “Araz-Naxçıvan”ı meydanın mərkəzinə dəvət etdi. Beləliklə son çempion cari mövsümdə ilk yenilgisi ilə barışmalı oldu.

Turun ikinci oyunu da gərgin keçdi. Hesabı açan “Yasamal Bakı” sonradan rəqibin status-kvonu bərpa etməsinə mane ola bilməsə də, sonra yaxın yenidən üstünlük qazanmmağı bacardı və mövsümdə ikinci qələbəsini aktivinə yazdırdı. Son dueldə isə “Baku Fire” böyük hesablı qələbə qazandı.

Həmin kateqoriyadan