Millimiz qrupda qaldı

Bu gün futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Bakı idman sarayında Rumıniya ilə qarşılaşıb.

Oyuna yaxşı başlayan millimiz fasiləyə 2:0 hesabı ilə üstün yollanıb. İkinci hissəyə daha yaxşı başlayan qonaq komanda hesabı bərabərləşdirə bilib – 3:3. Bundan sonra millimiz yenidən iki top fərqi ilə üstünlük qazanıb. Amma 1 dəqiqəyə 2 top buraxan futzalçılarımız növbəti xal itkisini yaşayıblar – 5:5.

Qeyd edək ki, 4 xalla qrupda sonuncu pillədə qərarlaşan Azərbaycan komandası dünya çempionatının final mərhələsinə yüksəlmək şansını itirib.

20:00. Azərbaycan – Rumıniya – 5:5
Qollar: 
Rafael Vilala, 18; 19; 25. Tofiq Mikayılov, 32. Amir Şojai, 34 – Nastai, 22. Balint, 28; 35. Arauxo, 32 (pen.). Nemintani, 36.

Həmin kateqoriyadan