Futbol veteranları memarlıq və inşaat universitetinin qonağı olublar

Azərbaycan memarlıq və inşaat universitetində 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi gününə müəllim və işçilər arasında futzal turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, universitetin həmkarlar ittifaqı komitəsinin və idman klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatlandırması olub. 

Mərasimdə, Azərbaycanın futbol feteranları ittifaqının sədri Oqtay Abdullayev, “Neftçi” klubunun veteranları Asif Əliyev, Novruz Əzimov, Tərlan Əhmədov, milli komandanın keçmiş qapıçısı Nadir Şükürov və digərləri fəxri qonaq qismində iştirak ediblər.

Həmin kateqoriyadan