“Çox işləməliyik. Demək olar, yeni komanda qururuq”

Allsport.az xəbər verir ki, futzal millimizin baş məşqçisi Vitali Borisov, Niderlanda 0:3 hesabı ilə məğlub olduğumuz oyun haqda danışıb:

“Oyuna yaxşı başladıq, qol vurmaq üçün epizodlarımız da rəqibdən çox oldu. Niderland millisi bu gün 5-6 şansdan 3-nü dəyərləndirdi, biz isə azı 5 dəfə qapı dirəyini nişan aldıq. Nəticə qane etməsə də, uşaqlara mübarizəyə görə təşəkkür edirəm. Sona qədər vəziyyəti düzəlmək üçün əllərindən gələni etdilər,çalışdılar, amma alınmadı.

Qrup mərhələsini 4 xalla başa vursaq da, bu komandamızın real gücünə uyğun nəticə deyil. Azı 9 xal toplaya bilərdik. Oyunlar oldu ki, hesabda 2 top fərqi ilə önə keçdik, lakin üstünlüyümüzü qoruya bilmədik. Bəzi matçlara isə tam heyətlə çıxa bilmədik, kimisi zədə, kimisi də cəza üzündən komandaya kömək edə bilmədi.

Gələcək oyunlar üçün heyətə yeni oyunçular dəvət edəcəyik. Çox işləməliyik. Demək olar, yeni komanda qururuq”.

Həmin kateqoriyadan